logo

Ceyhun Bayramov Minskdə MDB XİN Şurasının iclasında iştirak edəcək

14:58 13-10-2021 | icon 2023
Ceyhun Bayramov Minskdə MDB XİN Şurasının iclasında iştirak edəcək

Oktyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ-in növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.