logo

Sabah Bakıda 21° isti olacaq

14:13 13-10-2021 | icon 1820
Sabah Bakıda 21° isti olacaq

Azərbaycanda oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16°, gündüz 19-21° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27° isti, dağlarda gecə 1-6°, gündüz 7-12° isti olacaq.