logo

Bakıda yük maşını avtobusla toqquşub: 5 nəfər ölüb, 13 nəfər ağır xəsarət alıb

08:43 13-10-2021 | icon 2352
Bakıda yük maşını avtobusla toqquşub: 5 nəfər ölüb, 13 nəfər ağır xəsarət alıb

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

Məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 13 nəfərin vəziyyəti ağırdır.