logo

Yevlaxda "Jiquli" aşıb:1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

21:52 12-10-2021 | icon 1694
Yevlaxda "Jiquli" aşıb:1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

Yevlax rayonunda baş verən avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

 YeniAvropa xəbər verir ki, rayonun Varvara kəndində "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində ağır xəsarət alan Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. 

Avtomobildə olan digər şəxslər, Varvara kənd sakinləri, 1992-ci il təvəllüdlü Civəzadə Sədrəddin Mahir oğlu, 1997-ci il təvəllüdlü Əhmədli Əhməd Abbas oğlu və 2001-ci il təvəllüdlü Bəşirov Sənani Kənan oğlu xəsarət alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.