logo

Sahibə Qafarova: “Məqsədimiz tarixi ədaləti bərpa etməkdir"

12:11 11-10-2021 | icon 2597
Sahibə Qafarova: “Məqsədimiz tarixi ədaləti bərpa etməkdir"

Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

"“Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etmək, xalqımızın tarixindəki iki mühüm hadisəyə qiymət verməkdir",-deyə spiker vurğulayıb.