“Lukoil” 2,25 milyard dollara “Şahdəniz”dən 15,5% pay aldı
Rusiyanın “Lukoil” şirkəti Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağındakı payını artırır.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin ötən gün yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, “Lukoil” Malayziyanın “Petronas” şirkətindən “Şahdəniz” layihəsindəki 15,5 faizlik payını almaq barədə razılaşma imzalayıb.
Sövdələşmənin dəyəri 2,25 milyard dollardır. Sövdələşmə bəzi şərtlərin yerinə yetirilməsindən, o cümlədən SOCAR-ın razılığından sonra qüvvəyə minəcək.
“Rusiya kapitalının iştirak etdiyi minlərlə şirkətlə yanaşı “Lukoil” Rusiya-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərinin inkişaf etdirilməsinə dair 2018-ci ildə dövlət başçılarının danışıqlarının gedişində imzalanmış fəaliyyət planının həyata keçirilməsinə inteqrə olunublar. Bizim “Şahdəniz” layihəsindəki payımızın artırılması milli iqtisadiyyatların perspektiv sahələrində yeni sinergiya imkanları açır”,- deyə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.
Qeyd edək ki, “Şahdəniz” yatağındakı 15,5 faizlik pay əvvəllər Norveçin “Statoil” şirkətinə məxsus olub. 2015-ci ildə Norveç şirkəti öz payını “Petronas”a sataraq layihəni tərk edib.
Bir neçə gün əvvəl isə “Lukoil” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsində yerləşən kəşfiyyat layihəsindəki payının 25 faizini almaq barədə sövdələşmə imzalayıb. Bu sövdələşmənin 2021-ci ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Həmin layihədəki üçüncü iştirakçı 50 faiz paya sahib olan SOCAR-dır.
Xatırladaq ki, Rusiya şirkətinin Azərbaycanın Xəzərdəki neft-qaz layihələrində iştirakını genişlənməsi Qərb şirkətlərinin bu layihələrdən çəkilməsi ilə paralel baş verir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir