logo

FES faiz dərəcəsini bu qədər artıracaq

17:42 12-12-2017 | icon 4718
FES faiz dərəcəsini bu qədər artıracaq

 

Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başlayacaq toplantısında bankın siyasət  faizini 25 bal artıracağı irəli sürülür. 

YeniAvropa.Az Bloomberg-ə istinadən xəbər verir ki, bazarları ilin son toplantısında FOMC-ın üçüncü dəfə faiz artımına gedib-getməyəcəyindən daha çox növbəti il üzrə faiz planları maraqlandırır.

Faizlərin artırılacağı yönündə həmfikir olan ekspertlər bildirir ki, 2018-ci ildə 3 deyil, 4 faiz artımına gedilə bilər. 

Bu gün keçiriləcək iclasda isə faizlərin 1,25-1,50 faiz aralığında artırılacağı qeyd edilir. Ən kritik mesaj kimi isə 2018-ci ilə yönəlik faiz siyasəti ilə bağlı irəli sürüləcək sözlər dəyərləndirilir.

L.Ə.