logo

Bakıda polis əməkdaşı xidməti silahı ilə həyat yoldaşını qətlə yetirib

11:55 30-09-2021 | icon 5425
Bakıda polis əməkdaşı xidməti silahı ilə həyat yoldaşını qətlə yetirib

Sentyabrın 30-da səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü polis şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, o, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.