logo

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

17:13 28-09-2021 | icon 1554
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, söhbət zamanı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə olunub.

Görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.