logo

Azərbaycanda daha 885 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

16:32 28-09-2021 | icon 2947
Azərbaycanda daha 885 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 885 yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 min 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 min 82 nəfər müalicə olunaraq sağalıb, 6 min 498 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 706 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 525, bu günə qədər isə ümumilikdə 4 milyon 839 min 863 test icra olunub.