logo

Səməd Seyidov Avropada insan haqları üzrə məruzəçi təyin edilib

15:13 28-09-2021 | icon 1729
Səməd Seyidov Avropada insan haqları üzrə məruzəçi təyin edilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın payız sessiyası çərçivəsində Avropa mühafizəkarlar və demokratik alyans qrupunun tövsiyəsi ilə Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsi tərəfindən “Avropada ultrasağçı ideologiyanın demokratiyaya çağırışları və insan haqları” mövzusu üzrə məruzəçi təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Səməd Seyidov məlumat verib. Bildirib ki, Azərbaycan nümayəndəsinin yekdil razılıqla belə bir mövzu üzrə məruzəçi təyin edilməsi ölkəmizdə gedən proseslərə, regionda yaranmış reallıqlara verilən yüksək qiymətin nəticəsidir.

“Avropada insan haqları üzrə problemlər çoxdur, onların araşdırılması və gündəmə gətirilməsi vacibdir. Azərbaycan uzun illər insan haqları ilə bağlı ayrı-seçkiliyə məruz qalıb. İnsan haqları ilə bağlı ayrı-seçkilik qəbuledilməzdir. Əminəm ki, ədalətli və obyektiv məruzə hazırlayacağam”,-deyə Səməd Seyidov qeyd edib.