logo

NATO-nun 5 gəmisi Gürcüstanın ərazi sularına daxil oldu

11:08 28-09-2021 | icon 4956
NATO-nun 5 gəmisi Gürcüstanın ərazi sularına daxil oldu

NATO-nun beş gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

Bildirilib ki, hərbi bölmənin tərkibinə İspaniya (flaqman), İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləri daxildir.

Batumi limanında yerləşən gəmilərin iştirakı ilə Qara dənizdə Gürcüstanın Sərhəd Mühafizəsi Xidməti ilə birgə təlimlər keçiriləcək. Məqsəd Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılması, Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir.