logo

Novxanıda "Range Rover”lə 4 nəfəri öldürən Kəlbəliyevin məhkəməsi başlayır

09:29 28-09-2021 | icon 1449
Novxanıda "Range Rover”lə 4 nəfəri öldürən Kəlbəliyevin məhkəməsi başlayır

Sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover"la Novxanı-Sumqayıt yolunda qəza törədərək 4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

YeniAvropa xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyunun 13-də Novxanı-Sumqayıt yolunda qeydə alınıb. E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nömrəli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri, Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

E.Kəlbəliyev hadisədən bir müddət sonra saxlanılıb.

Saxlanılan şəxs “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. Həmçinin E.Kəlbəliyev "Əlincə" futbol klubunun prezidenti olub.