logo

Anım Günündə Heydər Əliyev Mərkəzinin binası və “Alov qüllələri” üzərində Azərbaycan bayrağı əks olunub

19:30 27-09-2021 | icon 1344
Anım Günündə Heydər Əliyev Mərkəzinin binası və “Alov qüllələri” üzərində Azərbaycan bayrağı əks olunub

Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

YeniAvropa xəbər verir ki, saat 19:00-da başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunub.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı sentyabrın 27-də təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

Aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurublar.