logo

Cəlilabad sakinindən yarım kiloqram heroin götürülüb

17:16 27-09-2021 | icon 1463
Cəlilabad sakinindən yarım kiloqram heroin götürülüb

Cəlilabad rayonunun Edişə kənd sakini, əvvəllər məhkum olunmuş E.Quliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsi və rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, axtarış zamanı onda heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış keçirilib və oradan 504 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.