logo

Sinoptiklərdən xəbərdarlıq: Şimal bölgəsində leysan yağacaq,dolu düşəcək

21:45 25-09-2021 | icon 4928
Sinoptiklərdən xəbərdarlıq: Şimal bölgəsində leysan yağacaq,dolu düşəcək

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 25-dən 26-a keçən gecə Quba-Qusar rayonu və şimal zonasının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli güclü olacaq, dolu düşəcək.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, belə hava şəraitinin gecə saat 02:00-dan başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəydək güclənəcək.