logo

Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşüb

09:09 25-09-2021 | icon 3983
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.