logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 440 min nəfəri ötüb

16:56 24-09-2021 | icon 2730
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 440 min nəfəri ötüb

Sentyabrın 24-də Azərbaycanda 58 min 256 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 440 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 227 min 729, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 683 min 453, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 544 min 276 nəfər təşkil edir.