logo

Moskvada Azərbaycan və Belarus baş nazirlərinin müavinləri görüşüb

14:28 24-09-2021 | icon 1722
Moskvada Azərbaycan və Belarus baş nazirlərinin müavinləri görüşüb

Sentyabrın 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 91-ci iclası çərçivəsində Azərbaycan və Belarus baş nazirlərinin müavinlərinin ikitərəfli görüşü olub.

 YeniAvropa xəbər verir ki, ikitərəfli görüş Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası baş nazirinin müavini İqor Petrişenko arasında keçirilib.

Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə qarşılıqlı əlaqələr və MDB çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.