logo

Leysan yağışlar Balakən və Zaqatala rayonlarında fəsadlar törədib

12:11 24-09-2021 | icon 1708
Leysan yağışlar Balakən və Zaqatala rayonlarında fəsadlar törədib

Sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, su basmış ərazilərdən suyun kənarlaşdırılması məqsədilə ötən gündən nazirliyin qüvvələri tərəfindən başlanılmış işlər gecə saatlarında da davam etdirilib. Hazırda işlər Balakən rayonunun Tülü və İtitala kəndlərində davam etdirilir.