logo

Rəcəb Tayyib Ərdoğan: İğdırdan Azərbaycana yol çəkəcəyik

22:32 23-09-2021 | icon 5523
Rəcəb Tayyib Ərdoğan: İğdırdan Azərbaycana yol çəkəcəyik

Hazırda atdığımız addımlar əsasında biz İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox əhəmiyyətli bir addım olacaq.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yeni istifadəyə verilən Türk Evindəki açıqlamasında ifadə edib.

Türkiyə-Rusiya münasibətlərinə də geniş yer ayıran Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim beştərəfli və yaxud altıtərəfli platforma dediyimiz format var. Hazırda bu məsələ ilə bağlı Paşinyandan müsbət siqnallar gəlir. İndi bu müsbət siqnallarla bərabər, bu məsələdə bəzi addımlar da atacağıq. Yəni bölgəni sülh nöqtəsindən də yaxşı bir mərhələyə gətirmək fürsətini qazanmış olacağıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə vurğulayıb ki, sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin ilə nəzərdə tutulan görüşdə bu məsələlər gündəmdə olacaq və Türkiyə-Rusiya münasibətləri daha güclü və fərqli bir mərhələyə qədəm qoyacaq.