logo

Qarabağda daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

19:26 23-09-2021 | icon 1547
Qarabağda daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, erməni axtarış qrupları bu gün daha bir erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Cəsədin qalıqları Füzuli istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Onuın şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1669-a çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.