logo

Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcək

17:58 23-09-2021 | icon 2793
Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcək

Ukrayna ərazisində Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) istehsal ediləcək.

YeniAvropa  yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezidentlər Vladimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyası çərçivəsində görüşünü şərh edərkən deyib.

Nazirin sözlərinə görə, “Bayraktar” PUA-larını istehsal edən zavod Ukrayna ərazisində olacaq: “Tərəflər hər iki ölkənin təhlükəsizliyi və müdafiəsi sahəsində əməkdaşlığı müzakirə ediblər. Ölkələrimiz arasında bir sıra iddialı layihələr var. Bunlar pilotsuz uçuş aparatlarının istehsalı və Ukrayna donanması üçün gəmilərin istehsalıdır”.

Qeyd edək ki, Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə birlikdə PUA-ların istehsalında maraqlıdır. Ukrayna dövləti belə bir müəssisə üçün uyğun məkan axtarır. Ukrayna Türkiyə ilə birlikdə mobil tank əleyhinə raket sistemlərinin birgə istehsalını da nəzərdən keçirir.