logo

Anım Günündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

17:26 23-09-2021 | icon 5418
Anım Günündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Sentyabrın 27-də - Anım Günüdə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Qeyd olunub ki, Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.