logo

Ərdoğan və Baydenin müşavirləri Qarabağı müzakirə etdilər

16:23 23-09-2021 | icon 1554
Ərdoğan və Baydenin müşavirləri Qarabağı müzakirə etdilər

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Danışıq zamanı tərəflər Türkiyə ilə ABŞ-ın münasibətləri, Qarabağ, eləcə də Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Həmçinin müzakirə olunan mövzular arasında COVID-19 və qlobal iqlim dəyişikliyi ilə mübarizə məsələləri müzakirə olunub.  

Tərəflər qeyd ediblər ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artırılmalı, həmçinin ticarət həcminin 100 milyard dollar səviyyəsinə çatdırılmaq üçün güclü və davamlı mexanizmlər tətbiq olunmalıdır.  

Söhbət zamanı bölgə və qlobal sabitliyin təmin edilməsi naminə NATO alyansının möhkəmləndirilməsi və müvafiq addımların atılmasının vacibliyi vurğulanıb.