logo

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatı təqdim olunub

13:33 23-09-2021 | icon 2856
“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatı təqdim olunub

Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının təqdimatı keçirilib.

 YeniAvropa xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib. Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Xarici investorların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında iştirak etməkdə maraqlı olduğunu deyən Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Fərid İsayev qeyd edib ki, Füzuli aeroportu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi, nəqliyyat və logistika ilə bağlı inkişafı üçün böyük imkanlar yaradır.