İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti Azərbaycanda səfərdədir.
YeniAvropa xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Nümayəndə heyəti səfər müddətində Ağdam, Tərtər və Gəncədə faktaraşdırıcı missiya həyata keçirəcək,ötən il Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Dağlıq Qarabağın hüdudlarından kənar ərazilərimizin raket bombardmanına tutmasına dair hesabat hazırlayacaqlar.