logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 454 min nəfəri ötüb

20:22 22-09-2021 | icon 2695
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 454 min nəfəri ötüb

Sentyabrın 22-də Azərbaycanda 63 min 462 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 920 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 106 min 885, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 652 min 121, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 454 min 764 nəfər təşkil edir.