UEFA Çempionlar Liqasının finalının təşkilatçıları turnirin həlledici matçının loqosunu təqdim ediblər.
YeniAvropa xəbər verir ki, loqonun təqdimatı Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək Sankt-Peterburqdakı “Qazprom Arena”da baş tutub.
Final oyunu gələn il mayın 28-də keçiriləcək.
Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhəri Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququnu 2019-cu ilin sentyabrında qazanıb.