logo

Qazax rayon sakini ermənilərin basdırdığı minaya düşüb həlak oldu

12:57 22-09-2021 | icon 5537
Qazax rayon sakini ermənilərin basdırdığı minaya düşüb həlak oldu

Sentyabrın 22-də Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşərək həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Qazax rayon Prokurorluğundan bildirilib.Qeyd edilib ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.