logo

Paytaxtın əsas küçələrindən biri təmirə bağlanacaq

09:30 22-09-2021 | icon 2156
Paytaxtın əsas küçələrindən biri təmirə bağlanacaq

Sentyabrın 22-si saat 22:00-dan sentyabrın 23-ü saat 08:00-dək paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.