logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 406 min nəfəri ötüb

19:21 21-09-2021 | icon 2702
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 406 min nəfəri ötüb

Sentyabrın 21-də Azərbaycanda 65 min 849 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 min 112 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 43 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 636 min 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 406 min 844 nəfər təşkil edir.