logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 4 milyon 619 min nəfəri ötüb

18:48 20-09-2021 | icon 2653
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 4 milyon 619 min nəfəri ötüb

Sentyabrın 20-də Azərbaycanda 1025 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 977 min 574, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 842, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 732 nəfər təşkil edir.