logo

İtaliyanın kişi voleybol millisi 16 il sonra  Avropa çempionu olub

11:01 20-09-2021 | icon 3682
İtaliyanın kişi voleybol millisi 16 il sonra  Avropa çempionu olub

Kişi voleybolçulardan ibarət İtaliya yığması Avropa çempionatının qalibi olub.

YeniAvropa xəbər verir ki, qitə birinciliyinin finalında Sloveniya yığması ilə qarşılaşan İtaliya seçməsi rəqibini 3:2 hesabı ilə məğlub edib və 16 il sonra növbəti dəfə Avropa çempionu adını qazanıb.

Görüşün məhsuldar oyunçusu italiyalı Daniel Lavia olub. Voleybolçu 21 xal toplayıb. Sloveniya yığması isə üçüncü dəfə Avropa çempionatında gümüş medalla kifayətlənib.

Üçüncü yer uğrunda görüşdə isə Polşa yığması Serbiya millisindən üstün olub - 3:0.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının da qalibi İtaliya yığması olub. Finalda italıyalı voleybolçular Serbiya yığmasını 3:1 hesabı ilə məğlub ediblər. Azərbaycan millisi isə yarışı 24-cü pillədə başa vurub.