logo

Rusiya Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya" Partiyası liderdir

10:50 20-09-2021 | icon 2856
Rusiya Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya" Partiyası liderdir

Rusiya Dövlət Dumasına seçkilərdə protokolların 80 faizi hesablandıqdan sonra nəticələr elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ilkin nəticələr. görə hakim  “Vahid Rusiya” Partiyası 49,42 % səslə irəlidədir.

Sonrakı yerləri Kommunist Partiyası (19,82 %), Liberal-Demokrat Partiyası (7,55%), “Ədalətli Rusiya-Həqiqət fədailəri” Partiyası (7,37 %), “Yeni insanlar" Partiyası (5,37 %) tutub.

Səs çoxluğu toplayan partiyalardan dördü –“Vahid Rusiya” Partiyası (sədri Dmitri Medvedev), Kommunist Partiyası (sədr Gennadi Zyiqanov), Liberal-Demokrat Partiyası (sədr Vladimir Jirinovski) və “Ədalətli Rusiya-Həqiqət fədailəri” Partiyası  (sədr Sergey Mironov) VII çağırış Dövlət Dumasında fraksiyalara malik idilər.

 “Yeni insanlar" Partiyası parlamentdə yeni təmsil oluna bilər. Partiyanın sədri Rusiyanın “Faberlic” şirkətinin yaradıcısı Aleksey Neçayevdir.

Xatırladaq ki, sentyabrın 17-dən 19-dək Rusiyada VIII çağırış Dövlət Dumasına, regional parlamentlərə seçkilər, habelə bir neçə subyektin başçılarının seçkiləri keçirilib.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının deputatları 5 il müddətinə seçilir.