logo

Azərbaycanda daha 1734 nəfər koronavirusa yoluxdu, 25 nəfər öldü

16:36 19-09-2021 | icon 2849
Azərbaycanda daha 1734 nəfər koronavirusa yoluxdu, 25 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1734 yoluxma faktı qeydə alınıb, 3378 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 472 min 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 min 95 nəfər müalicə olunaraq sağalıb, 6 min 305 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 319 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 780, bu günə qədər isə ümumilikdə 4 milyon 744 min 161 test icra olunub.