logo

Ərdoğan ABŞ-a rəsmi səfərə gedib

14:48 19-09-2021 | icon 6405
Ərdoğan ABŞ-a rəsmi səfərə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasına qatılmaq üçün ABŞ-a rəsmi səfərə yola düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə prezidentinin sessiyadakı çıxışında “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzular yer alacaq.

Səfər çərçivəsində Türkiyə prezidenti BMT-nin Baş katibi Antonio Quterreş və bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək, Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.

Prezident Ərdoğan sentyabrın 20-də Nyu-Yorkdakı yeni “Türk evi” binasının açılışını edəcək.

Türkiyə Prezidentinin ABŞ-a rəsmi səfəri sentyabrın 22-dək davam edəcək.