logo

Payızda ötən ilkindən daha güclü dalğa gözlənilir,hazır olmalıyıq-Rəşad Mahmudov

11:33 19-09-2021 | icon 2807
Payızda ötən ilkindən daha güclü dalğa gözlənilir,hazır olmalıyıq-Rəşad Mahmudov

İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönməyə doğru gedir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünyada belədir.

YeniAvropa xəbər verir ki, bu sözləri millət vəkili, kardiocərrah Rəşad Mahmudov "Baku TV"yə müsahibəsində  bildirib.

Deputat daha sonra qarşıdakı günlərə dair proqnozlarını bölüşüb.

"Avqust aylarında başlayan yüksəlmədə keçən ilin yayı ilə müqayisə etdikdə, əfsuslar olsun ki, rəqəmlərin 10 dəfə çox olması, bizə gələcək gedişat barədə də açıq-aydın məlumat verir. Yay ayı Azərbaycanda 4000-ü keçən rəqəmlər bizim üçün olduqca yüksəkdir.

İndi COVİD-19-a yoluxmanın 1700-ə düşməsi dalğanın enməsini göstərir. Əmin olun ki, bu rəqəmlər günlər keçdikcə daha da düşəcək. Ölüm sayları bir az gec azalır, çünki 2 həftə əvvəl reanimasiyaya düşən xəstələrin arasında itkilər ola bilər.

Adətən, 3-4 aydan bir yeni dalğa olur və bunun yenidən baş vermə ehtimalı var. Bu hadisələrə ölkənin səhiyyə sistemi  və digər dövlət qurumları kimi, cəmiyyət də, insanlar da hazırlıqlı olmalıdırlar.

İnsanlar bilməlidir ki, əgər yayda belə bir rəqəmlərlə yoluxma gördüksə, payızda mövsümi olaraq, keçən ildəkinə baxdıqda, 3-4 qat daha artıq rəqəmlərlə qarşılaşa bilərik. Payızda ehtimal olunan  böyük dalğalara hazır olmalıyıq”