logo

Rusiya Müdafiə Nazirliyi nədən yalan məlumat yayır?

09:21 19-09-2021 | icon 1981
Rusiya Müdafiə Nazirliyi nədən yalan məlumat yayır?

Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur.

 YeniAvropa xəbər verir ki, bu nu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

“Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir. Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”,- deyə A.Eyvazov vurğulayıb.

Xatırladaq ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi sentyabrın 17-də Şuşa ətrafında “Dağlıq Qarabağın silahlı birləşmələrinin postları istiqamətində” üç dəfə atəş açılması faktı qeydə alınması barədə məlumat yayıb. Nazirlik erməni tərəfinə istinad edərək bildirib ki, “atəş Azərbaycan silahlı qüvvələrinin mövqelərindən açılıb. Nəticədə Dağlıq Qarabağın “silahlı birləşmələrinin iki hərbi qulluqçusu” yaralanıb. Rusiya sülhməramlı qüvvələrin komandanlığı hər iki tərəfin iştirakı ilə araşdırma aparır".