Bakıda XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb: “Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu dəfə festivalı keçirmək qərarına gəldik. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.
Nazir deyib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Onun bənzərsiz irsi ölkəmizdə peşəkar bəstəkarlar nəslinin yetişməsinə təkan verib.
“Biz hər zaman bu festivalı dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı Şuşa şəhərində keçirməyi arzulamışıq. Çox sevinirik ki, bu gün doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Artıq biz Şuşada – mədəniyyət paytaxtımızda “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik”.
Builki festivalın özəlliyindən danışan mədəniyyət naziri bildirib ki, festivalda daha çox ideyalarını reallaşdırmaq istəyən gənclərə yer ayrılıb. Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq. Yeni nəsil məhz Üzeyir Hacıbəyli musiqisinin təsiri altında böyüyür.
Festivalın zəngin proqramının olduğunu bildirən nazir deyib ki, Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, bu musiqi bayramında ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb.
Sonra söz musiqiyə verilib.
Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor Rauf Abdullayev) çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.
Festival sentyabrın 24-dək davam edəcək.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu