Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən hərbi hava qüvvələrinin iki ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.