logo

Tovuz və Gədəbəydə dolu yağıb

17:31 17-09-2021 | icon 1890
Tovuz və Gədəbəydə dolu yağıb

Bu gün səhər saatlarından başlayaraq qərb bölgəsində hava şəraiti dəyişib, temperatur 5-10 dərəcə aşağı düşüb.

 YeniAvropa xəbər verir ki,  dağlıq ərazilərə, əsasən də Gədəbəy və Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. Gədəbəy rayonunun Novo-İvanovka, Novo-Saratovka, Böyük Qaramurad kəndlərinə də dolu düşüb. Təsərrüfatlara ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntılı hava şəraiti davam edilir.

Tovuzun dağ kəndləri olan Kirən, Əhmədabad, Yanıqlı və Əsrik Cırdaxan kəndlərinə də leysan yağıb.