logo

Tovuzda "Juqili"də axtoşluq edib polisi vuran keçmiş məhkum tutulub

15:13 17-09-2021 | icon 1610
Tovuzda "Juqili"də axtoşluq edib polisi vuran keçmiş məhkum tutulub

Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib. O sonra onu intizama dəvət edən həmin ərazidə xidmət aparan rayon polis şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

E.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən olunub. Rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə həmin şəxs bir ay müddətində inzibati qaydada həbs edilməklə bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.