logo

Bakıda gəlinini öldürüb parçalayan kişiyə prokuror 19 il həbs istədi

13:11 17-09-2021 | icon 1610
Bakıda gəlinini öldürüb parçalayan kişiyə prokuror 19 il həbs istədi

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun məhkəməsi davam etdirilir. 

YeniAvropa xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilir.

Sonuncu prosesdə dövlət ittihamçısı İ.Məhərrəmova 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.  

İstintaqla müəyyən edilib ki, İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı başqa şəxslərlə münasibəti olmasına görə öldürüb. Belə ki, İdris Məhərrəmovun oğlu xarici ölkədə olub. O, gəlininə sərbəst həyat tərzi sürməsinə görə bir neçə dəfə xəbərdarlıq edib və aralarında mübahisələr olub. İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı bıçaqladıqdan sonra öldüyündən əmin olub. Ardınca meyiti balta ilə parçalayıb. 

Xatırladaq ki,  bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.