logo

Avropa İttifaqının xüsusi nümayəndəsi Ağdama gedir

12:42 17-09-2021 | icon 1974
Avropa İttifaqının xüsusi nümayəndəsi Ağdama gedir

Azərbaycanda səfərdə olan Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Ağdama səfər edəcək.

YeniAvropa xəbər verir ki, xüsusi nümayəndə işğal zamanı ermənilərin Ağdamda törətdiyi vəhşilikləri, dağıntıların şahidi olacaq. 

Qeyd edək ki, Toivo Klaar Azərbaycana sentyabrın 15-də səfərə gəlib. Bakıda olduğu müddətdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ötən gün isə müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. 

Toivo Klaar Azərbaycana gəlməzədn əvvəl Ermənistanda səfərdə olub. Baş nazir Nikol Paşinyan, digər rəsmilərlə görüşlər keçirib.