logo

Tərtərdə müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlanıb

12:02 17-09-2021 | icon 1463
Tərtərdə müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlanıb

Tərtər rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlanıb.

Polis əməkdaşları pozuntu halının qarşısını alıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.