Azərbaycan səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib
Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin prezidenti Arif Alviyə təqdim edib.
Azərbaycanın Pakistandakı səfirliyindən YeniAvropa-ya bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının prezidenti Arif Alviyə çatdırıb.
Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.
Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosial yönümlü layihələr haqqında ətraflı məlumat verib.
Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin Xəzər Fərhadov Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini vurğulayıb, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.
Pakistan Prezidenti 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir