logo

“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır

10:10 16-09-2021 | icon 3437
“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır.

YeniAvropa xəbər verir ki,  Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı birinci oyununda İsveçrənin “Bazel” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ağdam təmsilçisinin heyətində zədəli olan müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov meydana çıxamayacaqlar.

Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən oyunda iştirak etməyəcəklər.

Oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, qrupun digər görüşündə “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubunu qəbul edəcək.