logo

İlk 7 ayda Azərbaycanda 64 min 149 körpə doğulub

09:39 16-09-2021 | icon 6622
İlk 7 ayda Azərbaycanda 64 min 149 körpə doğulub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 64 min 149 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Yeddi ay ərzində ölkədə 42 min 134 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,2 təşkil edib.