logo

Bu il 158 min 608 şagird birinci sinfə gedəcək

11:11 15-09-2021 | icon 8442
Bu il 158 min 608 şagird birinci sinfə gedəcək

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

0+-1-2

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 milyon 30 min 264 nüsxə dərslik çap olunub.